BBC News, Azərbaycanca - Xəbərlər
Bu günün xəbərləri
Bu günün xəbərləri: Biden-in Putinə "qatil" deməsindən sonra Rusiyanın ABŞ-dakı səfiri Moskvaya çağırılıb
Bu gündən ABŞ-ın Rusiyaya qarşı yeni ticarət məhdudiyyətləri tətbiq edəcəyi bildirilir - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bu barədə daha geniş
Bəxtiyar Hacıyev və Nərmin Şahmarzadə kiberhücumlarda Azərbaycan hakimiyyətini günahlandırırlar
Fəallar Bəxtiyar Hacıyev və Nərmin Şahmarzadə onlara qarşı olan kiberhücumlarla bağlı Azərbaycan hakimiyyətini və hüququ mühafizə orqanlarını gühanlandırırlar.
Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının və xidmətlərin qiyməti bahalaşıb
Azərbaycan Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu ilin yanvar və fevral aylarında ölkədə ərzaq və qeyri-ərzaq mallarının və xidmətlərin qiyməti bahalaşıb.
Rusiya qazı Ermənistana "müvəqqəti" Azərbaycan ərazisindən göndəriləcək
Rusiya qazını Ermənistana müvəqqəti Azərbaycan ərazisindən göndəriləcəyi ilə bağlı müqavilə martın 16-da imzalanıb, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov "qəsdən adamöldürmə və xuliqanlıq"da ittiham edilir - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
"Deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil" - İlham Əliyev, Ter-Petrosyan Paşinyanı istefaya və ölkədən getməyə çağırıb
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın "7 rayonunun azad edilməsi" iddialarına münasibət bildirib, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Paşinyanın istefasına razı, amma ordunun hakimiyyəti ələ almasına narazıdır - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda koronavirus: bu gün 980 nəfər virusa yoluxub, 12 nəfər ölüb
Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 980 yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib.
Mehman Hüseynov: "Dronu əldən almaqla, korrupsiya faktlarını araşdırmağın qarşısını almaq olmayacaq"
Ötən gün polis tərəfindən saxlanmış və dronu müsadirə olunmuş bloqçu Mehman Hüseynov saxlanmasının qanunsuz olduğunu bildirir və bu məsələnin vəkilləri tərəfindən mübahisələndiriləcəyini deyir.
Ermənistan hərbçiləri Qafan yaxınlığındakı istehkamın Azərbaycana veriləcəyindən ehtiyatlanırlar
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Ermənistanın Qafan şəhərində yerləşən hərbi hissəyə məxsus istehkamın Azərbaycana veriləcəyi barədə internetdə yayılmış məlumatı təkzib edib.
Şurnux kəndinin sakini: "Evə gələndə ağlayıram, nəyə baxacağam?"
BBC Rus Xidmətinin müxbirləri Azərbaycanla Ermənistan sərhədindəki Şurnux kəndinə baş çəkiblər. Onların görüşdüyü etnik ermənilər kəndin güzəranı, müharibədən sonra dəyişən vəziyyət barədə danışıblar.
Qarabağ müharibəsi
"Bilmirdik hara və niyə gedirik", erməni döyüşçünün Qarabağ müharibəsi xatirələri
İkinci Qarabağ müharibəsi ötən il noyabrın 10-da başa çatsa da, Ermənistan ordusu əsgərlərinin cəsədləri hələ də keçmiş döyüş meydanlarından çıxarılmaqdadır. Bu arada isə Ermənistanda, erməni ordusunun müharibədə məğlubiyyət səbəbləri, ordu sıralarında iddia olunan satqınlıq və səriştəsizlik halları ilə bağlı müzakirələr davam edir.
Evləri sökülən 26 ailə: "Bizə 30 min pul verirlər, deyirlər olan budur, çıx cəhənnəm ol"
Bakı şəhəri Xətai rayonu Əliağa Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxananın bəzi sakinləri evlərinin sökülməsinə görə etiraz aksiyası keçiriblər.
Rusiya sülhməramlıları 15 ermənini Kəlbəcərdəki Xudavəng monastrına ziyarətə aparıb
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əldə edilən razılaşmalar nəticəsində Azərbaycan hərbçiləri zəvvarların rus sülhməramlılarının müşayiəti ilə kompleksə getməsinə icazə verib.
Azərbaycan və bölgə
Açıq havada maska taxmaq lazımdırmı? DİN-dən açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nümayəndəsinin "açıq havada" maska taxmaq barədə fikrini DİN-in Mətbuat xidməti şərh edib.
İLGA-Europe Azərbaycanda LGBTİ insan hüquqları ilə bağlı illik hesabatını açıqlayıb
Bu gündən ali, orta ixtisas və peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub, Sabahdan 50 yaş və daha yuxarı şəxslərin COVID-19-a qarşı vaksinləşdirilməsi nəzərdə tutulur - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
"Hər cür tapşırığı yerdə, göydə, dənizdə, qışda, yayda, dağda-düzənlikdə yerinə yetirə bilərlər" - Türkiyə naziri hərbçilər barədə
Qarsda keçirilən Türkiyə Azərbaycan təlimlərində Müşahidəçilər günü keçirilir, Arman Tatoyan bu gün sərhədyanı ərazilərdə Azərbaycan hərbçiləri, bayrağı və lövhələrinin "tamamilə istisna edilməli" olduğunu yazıb, Ermənistanda əsir və itkinlərin qohumları etiraz edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
"Qoy min avtomaşın olsun. Qoy düşmən görsün ki, xalqımız Sünik üçün sinə gərməyə hazırdır",- Ermənistan müxalifəti Azərbaycanla sərhədə yürüşə hazırlaşır
Bu gün Ermənistanın paytaxtı Yerevanda hakimiyyətə qarşı etiraz aksiyası keçirilib və müxalif qüvvələr yaxın vaxtlarda Azərbaycanla sərhəd olan Sünik bölgəsinə yürüşə çağrış ediblər- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistanın keçmiş Prezidenti deyir ki, rəhbər o olsaydı, "II Qarabağ müharibəsi başlanmazdı"
Robert Koçaryan əmindir ki, 2020-ci il sentyabrında Ermənistan rəhbəri özü olsaydı, müharibə başlanmazdı, Wendy Morton Azərbaycanda səfərdədir - bu və digər məlumatlar BBC News Azərbaycancanın icmalında.
Beynəlxalq
Video, Şahzadə Lətifəyə "evdə qayğı" göstərilir - Dubayın hakim ailəsi, Duration 1,34
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları ofisi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Dubay əmirinin qızı Şahzadə Lətifənin sağ olduğuna dair sübut istəyib.
Moskvada qar yağdı: uzun tıxaclar, uçuşlar təxirə salınıb
Rusiya paytaxtında yağmağa davam edən qar yerli meteoroloji müşahidələr tarixində rekordları yeniləməkdədir. Moskvanın bəzi yerlərində qar örtüyünün hündürlüyü yarım metri keçib.
Uyğur düşərgəsi məhbusları sistematik zorlamaların olduğunu iddia edirlər
BBC-nin əldə etdiyi ətraflı məlumatlara görə, Çinin uyğurlar üçün "təkrar təhsil" düşərgələrində qadınlar sistematik olaraq zorlanıblar, cinsi zəmində təhqir olunublar və işgəncəyə məruz qalıblar. Bu materialdakı bəzi təfərrüatlar sarsıdıcı ola bilər.
Allaha həqarətdə ittiham edirdilər, nəticədə isə islamçılar sırasına daxil etdilər. Nijni Novqorodda çeçenlərin itməsi ilə bağlı qəribə əhvalat
Nijni Novqorodda fevralın 4-də iki çeçen - Salex Maqomedov və həddi-büluğa çatmamış İsmail İsayev - yox olub. Sonradan məlum olub ki, onları Qudermesə aparıb əvvəlcə buraxıblar, sonra isə qeyri-qanuni silahlı qurum üzvləri ilə əlbirlikdə ittiham edərək yenidən tutublar.
Sosial media
Azərbaycan, Ermənistan və Gürcüstanda parlament binasına hücum adəti: Kapitolidə olanlar yad mənzərə deyil
Prezident Donald Trump-ın tərəfdarları onun "gücümüzü göstərək" çağırışından sonra Kapitoli binasına hücum ediblər. ABŞ üçün bu qeyri-adi anlar Azərbaycan, Ermənistan və Gürcüstan üçün yad mənzərə deyil. BBC News Azərbaycanca Cənubi Qafqaz ölkələrinin parlamentlərinə hücümlara nəzər salır.
Həyat
İşğaldan azad olunmuş ərazilərə icazəsiz getməyə görə həbs və ya cərimə oluna bilərsinizmi?
Çərşənbə axşamı günü altı nəfər Ağcəbədi sakini işğaldan azad edilmiş Xocavənd və Füzuli rayonlarının ərazisinə getdikləri üçün polis tərəfindən saxlanılıb. Ötən həftə Prezident İlham Əliyev vətəndaşları azad olunmuş torpaqlara "icazəsiz" getməkdən çəkinməyə səsləyib.
Covid-19: Vaksin vurdurandan sonra başqalarını xəstələndirə bilərsinizmi?
Mövcud Covid-19 peyvəndlərindən heç birinin insanların yoluxma hallarından tamamilə qorumasına dair heç bir dəlil yoxdur və bunun kollektiv immunitetin qazanılması perspektivinə təsiri var.
Bayraktar: Türkiyə hərbi dronların istehsalı sahəsində necə irəlilədi?
Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) Dağlıq Qarabağdakı münaqişə şəraitində dünyanın diqqət mərkəzindədir. Türkiyə hərbi dron istehsalında necə dünya liderlərindən biri oldu, o, hansı dronları istehsal edir və onları kim alır?
Qarabağda dron müharibəsi: Azərbaycan və Ermənistan arasındakı münaqişəni pilotsuz aparatlar necə dəyişib?
Azərbaycanın pilotsuz təyyarələrinin Dağlıq Qarabağdakı erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər ötən əsrdən bəri davam edən münaqişədə yeni gərginliyin vizual rəmzlərindən birinə çevrilib.
Dərgi
Həzrəti Xədicə - İslamın yaranmasında həlledici rola sahib qadın
İslamın yayılmasında xüsusi yeri olan Məhəmməd peyğəmbərin ilk xanımı - Həzrəti Xədicə barədə nə məlumdur?
Fotoqalereya
2021-ci il dünya boyu maskalarda və izdihamsız qarşılanıb - şəkillər
Dünya boyu 31 dekabr axşamı əksər şəhərlərdə bu il fərqli keçib. Koronavirus pandemiyası səbəbindən kütləvi bayram tədbirləri ləğv edilib və sərt karantin məhdudiyyətləri olan bəzi ölkələrdə insanlara səs-küylü məclislər keçirməmək məsləhət görülüb.
2020-ci ilin təqvimi şəkillərdə: qeyri-adi ilə aybaay baxış
2020-ci il tükəndirici, təəccüblü və şokedici olub. Bu cür dramatik alınmış həmin bu ilə 12 şəkil vasitəsilə nəzər salaq.
Bunları da oxuyun
Mark Qriqoryan yazır: Stepanakert, münaqişə, yol, müharibə və sülh
Yerevanda yaşayan jurnalist, keçmiş BBC əməkdaşı Mark Qriqoryan bu yaxınlarda Xankəndində olub və orada müşahidələrini qələmə alıb.
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər?
Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə deyib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxmalı, yeni bazarlar axtarmalıdır. Bu bazarlar hansı ölkələr ola bilər?